OriginOS 7

Ağıllı axıcılıq

Axıcılıq, yenidən yaradıldı

Rəvan hərəkət

Rəvanlıq üçün yaradılıb, rahatlıq üçün hazırlanıb

UI elementləri toxunuşlarınızla təbii şəkildə deformasiya olunur və əvvəlki formasına qayıdır. Onlar su damcıları kimi bir-birindən ayrılır və yenidən birləşir — kilid ekranından əsas ekrana və bütün tətbiqlərə qədər. Beləliklə, hər bir interaksiya ipək kimi axıcı və yüngül hiss olunur.*

Yay formalı animasiya

Toxunun, geri sıçrayışını izləyin

Yay formalı animasiya komponentlərdən və tətbiqlərdən tutmuş səhifədaxili elementlərə qədər bütün sistemdə tətbiq olunur. Sürətli sürüşdürün — sistem çevik şəkildə reaksiya verir; yavaşlayın — geri sıçrayış effekti yumşalır. Hər bir sürüşdürmə və keçid əlinizin hərəkətinə uyğun olaraq təbii şəkildə axır.

Qüsursuz interaksiya

Saf axıcılıq, tam nəzarət

Üfüqi və şaquli sürüşdürmə arasında keçid zamanı interaksiyalar qüsursuzdur. İstənilən istiqamətdə sürüşdürün, istənilən anda hərəkəti dayandırın — sistem jestinizə rəvan və mükəmməl sinxron şəkildə uyğunlaşır.*

Origin iş mühiti

Qüsursuz çoxtapşırıqlılıq Qüsursuz çoxtapşırıqlılıq

Origin iş mühitində bir neçə pəncərəni eyni anda açın. Bir toxuşunla tapşırıqlar arasında keçid edin, hər biri olduğu kimi davam etsin. Tapşırıqlar arasında nə qədər çox keçid etsəniz də, axıcılıq dəyişmir.*

vivo OriginOS 7 with Snap-up Engine

Snap-Up mühərriki

Ən vacib anda bir addım öndə

Satış başladıqda sistem bilet əldə etmə ssenarisini müəyyənləşdirir və şəbəkə ilə performans resurslarını optimallaşdırır. Beləliklə, toxunmaq və ödəniş etmək kimi vacib əməliyyatlar daha rəvan icra olunur və bilet tükənməmiş onu əldə etməyinizə kömək edir.*

vivo OriginOS 7 with Snap-up Engine
vivo OriginOS 7 with sustained smoothness
vivo OriginOS 7 with sustained smoothness

Davamlı rəvanlıq

Bu gün sürətli. İllər boyu rəvan.

Yeni yaddaş ayırma və geri qaytarma strategiyasını tətbiq etdik, gündəlik istifadədə tez-tez rast gəlinən ssenarilər üçün məqsədyönlü optimallaşdırmalar apardıq, sistemin bütün komponentlərində köhnəlməni idarə etdik, sistem parçalanmasını azaltdıq və hər şeyi daha sərt köhnəlmə modeli testləri ilə yoxladıq. Bununla da uzunmüddətli rəvan istifadə təcrübəsini təmin etdik. Davamlı rəvanlıq vivo laboratoriyalarında aparılan 72 aylıq köhnəlməyə qarşı sınaq ilə təsdiqlənib.*

Ultranüvəli hesablama

Lazım olan yerdə güc Lazım olan yerdə güc

Oyun, çoxsaylı tapşırıq idarəetməsi və uzunmüddətli video seansları kimi yüksək yük tələb edən ssenarilərdə sistem performans resurslarını ağıllı şəkildə bölüşdürərək vacib tapşırıqların ilk növbədə icra olunmasını təmin edir. Lakin nə qədər çox tapşırıq eyni anda yığılsa da, cavablar ani, interaksiyalar isə rəvan olaraq qalır.*

10 %
Tətbiqlərin ilk işə düşmə müddəti 10% daha qısadır
11 %
Tətbiq səhifələri arasında keçid 11% daha sürətlidir

Yaddaş sintezi

Daha çox yer, daha yüksək sürət Daha çox yer, daha yüksək sürət

Yaddaşın ayrılması və geri qaytarılmasını daha səmərəli etmək, daha çox yararlı yaddaş və yaddaş yerinin açılmasına imkan yaratmaq üçün nüvə fayl sistemini və yaddaş idarəetmə strukturunu yenidən qurduq.*

60 %
Yaddaşın geri qaytarılması 60% daha sürətlidir
25 GB
256 GB-lıq modeldə 25 GB-a qədər əlavə yaddaş yeri boşaldılır

İkiqat renderləmə

İki render yolu, bir qüsursuz təcrübə İki render yolu, bir qüsursuz təcrübə

Tamamilə yeni render arxitekturası render konveyerini və kompilyasiya çərçivəsini yenidən quraraq render səmərəliliyini artırır, daha zəngin vizuallar və daha rəvan animasiyalar təmin edir.*

14.4 %
Renderinq səmərəliliyi 14.4% artıb

Məhsuldarlıq üzrə güc mərkəzi

vivo OriginOS 7 featuring highlights view vivo OriginOS 7 featuring AI Insights vivo OriginOS 7 featuring multi-template summary

Vurğulamalar görünüşü

İcmal üçün vurğulamalar

Süni intellekt tərəfindən yaradılan vurğulamalar birbaşa yazıda işarələnir. Onlardan birinə toxunaraq transkriptdə müvafiq hissəyə keçə bilərsiniz. Bir baxışda vurğulamaların harada olduğunu və necə ifadə edildiyini görə bilərsiniz.*

AI təhlilləri

AI sətiraltı məqamları üzə çıxarır

AI sadəcə söhbəti qeydə almır; mövzuları və gedişatı təhlil edir, nəticələri ümumiləşdirir, potensial riskləri və əməkdaşlıqla bağlı problemləri müəyyənləşdirir. Beləliklə, vacib məqamlar önə çıxır.*

Çoxşablonlu xülasə

Hər görüşdə ani uyğunlaşma

AI müxtəlif ssenarilər üçün uyğun xülasə şablonunu seçir və əsas məqamları sistemləşdirir. Müxtəlif danışanların fikirləri bir-birindən ayrılaraq aydın şəkildə təqdim olunur. Kimin nə dediyini bir baxışda görə bilərsiniz.*

Vurğulamalar görünüşü

İcmal üçün vurğulamalar

Süni intellekt tərəfindən yaradılan vurğulamalar birbaşa yazıda işarələnir. Onlardan birinə toxunaraq transkriptdə müvafiq hissəyə keçə bilərsiniz. Bir baxışda vurğulamaların harada olduğunu və necə ifadə edildiyini görə bilərsiniz.*

vivo OriginOS 7 featuring highlights view

Origin dizaynı

İmmersiv əsas səhifə

Gün işığı əsas ekranınızda axır

Gündüz ikonlar və vidcetlər aydın və canlı görünür. Gecə isə işıq və rəng daha yumşaq, daha dərin bir ab-hava yaradır və yenidən dizayn edilmiş əsas ekran ikonlarına daha çox dərinlik və tekstura qatır.*

Gün işığı əsas ekranınızda axır
vivo OriginOS 7 with dynamic translucent interface design, preview

Dinamik yarımşəffaf material

Aydın, laylı, yüngül və zamansız

Material öz arxa fonuna təbii şəkildə uyğunlaşaraq şəffaf, laylı dərinlik yaradır. Üç interfeys üslubu mövcuddur: Realistik, Təbii və Yumşaq.*

Aydın, laylı, yüngül və zamansız

Sizdən ilhamlanıb, sizin üçün

vivo OriginOS 7 with lock screen Wiggle feature, wallpaper 2
vivo OriginOS 7 with lock screen Wiggle feature, wallpaper 4
vivo OriginOS 7 with lock screen Wiggle feature, wallpaper 7

Tərpənən mövzu

Kilid ekranınız heç vaxt olmadığı qədər hərəkətli

Telefonunuzu yüngülcə silkələyin, divar kağızı yellənib geri qayıtsın və ya su kimi dalğalansın. Müxtəlif maye effektləri hərəkətlərinizə uyğun reaksiya verərək hər ekranı oyandırdığınız anda bir az əyləncə qatır.*

Sizdən ilhamlanıb,
sizin üçün

Tərpənən mövzu

Kilid ekranınız heç vaxt olmadığı qədər hərəkətli

Telefonunuzu yüngülcə silkələyin, divar kağızı yellənib geri qayıtsın və ya su kimi dalğalansın. Müxtəlif maye effektləri hərəkətlərinizə uyğun reaksiya verərək hər ekranı oyandırdığınız anda bir az əyləncə qatır.*

StickIt

Sevdiyiniz hər şeyi hər yerdə stikerlərlə yerləşdirin

Səyahət fotoları, ev heyvanlarınızın sevimli anları, məşhurlar və anime, yaxud yol boyu topladığınız ilhamverici görüntülərin hamısını stikerlərlə sərbəst şəkildə qarışdırıb uyğunlaşdıra bilərsiniz. Divar kağızından AOD-yə qədər hər küncdə sizin üslubunuz əks olunur.*

vivo OriginOS 7 with StickIt

AOD-də canlı yeniləmələr

AOD sizi anlayır

Çatdırılmalar, uçuşlar və digər məlumatlarla bağlı canlı yeniləmələrin hamısına bir baxışda baxın. Sevdiyiniz stikerləri AOD-də də yerləşdirə bilərsiniz. Telefonun kilidini açmadan vacib olanları və sevdiyiniz məzmunu dərhal görün.*

vivo OriginOS 7 with AOD live updates

Sevimli dostlar mövzusu

Telefonunuzda yaşayan sevimli dostlar

Onlar hərəkət edir. Sizinlə qarşılıqlı əlaqə yaradırlar. Telefonun hər kilidini açmağınız sanki kiçik və sevimli bir görüşə çevrilir.*

Parıldayan mövzu

Telefonu əyin və parıltını izləyin

Telefonu yüngülcə əydikdə rəngarəng effektlər, parıltılar, naxışlar, işıq şüaları və parlaq işıq effektləri baxış bucağına uyğun olaraq dəyişir. Hər görünüşü öz işıqlandırması ilə uyğunlaşdırın və öz tərzinizdə parlayın.*

vivo OriginOS 7 with Glint feature, variation 1 thumbnail
vivo OriginOS 7 with Glint feature, variation 2 thumbnail
vivo OriginOS 7 with Glint feature, variation 3 thumbnail

Vahid ekosistem

Ekosistemlərarası bağlantı imkanı

Ekosistemlər arasında qüsursuz bağlantı

Ekosistemlər arasındakı məhdudiyyətləri aradan qaldıraraq cihazların təbii şəkildə bir-birinə qoşulmasına və birlikdə işləməsinə imkan yaradırıq. Müxtəlif markalara məxsus cihazlar asanlıqla qoşulur və ardıcıl, rəvan istifadə təcrübəsi təqdim edir.*

vivo OriginOS 7 with Cross-Ecosystem Connectivity

Office dəsti

Kamera paylaşımı

Telefonunuz kompüterinizin kamerasına çevrilir

MacBook ilə uyğun işləyən telefonunuzdan birbaşa videozənglər üçün kamera kimi istifadə edə bilərsiniz. Telefonu istənilən yerə yerləşdirin, kamera bucağı da ona uyğunlaşsın. Yeni görüntü bucağı istəyirsiniz? Sadəcə olaraq telefonu əlinizə götürün — görüntü yenə də canlı qalacaq. Videozənglər daha çevik və təbii olur.

Tapşırığın təhvil verilməsi

Telefonda başlayın, iPad-də tamamlayın

Ekran şəklini və ya fotonu birbaşa telefonunuzdan uyğun iPad-ə göndərin və işinizə orada davam edin. Qeydləriniz üçün şəkil lazımdır? Telefonunuzun kamerası ilə şəkil çəkin və o, problemsiz şəkildə qeydlərinizə əlavə olunsun.

vivo OriginOS 7 with vivo Office Kit camera sharing

vivo OriginOS 7 with vivo Office Kit Task Relay

Tapşırığın təhvil verilməsi

Telefonda başlayın, iPad-də tamamlayın

Ekran şəklini və ya fotonu birbaşa telefonunuzdan uyğun iPad-ə göndərin və işinizə orada davam edin. Qeydləriniz üçün şəkil lazımdır? Telefonunuzun kamerası ilə şəkil çəkin və o, problemsiz şəkildə qeydlərinizə əlavə olunsun.

vivo OriginOS 7 with AirPods connectivity

AirPods Bağlantı imkanı

AirPods statusuna bir baxışda nəzər yetirin

AirPods ilə uyğundur. Qoşulduqdan sonra batareyanın səviyyəsi və bağlantı statusu Origin adasında görünür. vivo Məkani audio isə daha immersiv dinləmə təcrübəsi təqdim edir.*

Silkələyin və paylaşın

Telefonları silkələyərək fotoları dərhal paylaşın

Qrup yaratmaq və yüksək əksetmə qabiliyyətli fotoları cihazlar arasında toplu şəkildə göndərmək üçün telefonlarınızı bir-birinə yaxın halda silkələyin. Mobil datadan istifadə olunmur.*

vivo Təhlükəsizlik

vivo OriginOS 7 with security certification

Etibar və sertifikatlar

Sınaqdan keçmiş etibar

Biz inanırıq ki, əsl təhlükəsizlik sadəcə texnologiya deyil — istifadəçilərin hiss edə biləcəyi bir vəddir.

Biz İstifadəçi Etibarı və Məxfilik üzrə Şəffaflıq Hesabatını dərc edərək məlumatlarınızın necə qorunduğunu, seçimlərinizə necə hörmət edildiyini və AI-ni daha etibarlı etmək üçün nələr etdiyimizi açıq şəkildə izah edirik. Məhsullarımız və məxfilik təcrübələrimiz həmçinin bir sıra nüfuzlu təhlükəsizlik təşkilatları tərəfindən sertifikatlaşdırılıb və qiymətləndirilib. Beləliklə, göstərilən etimadın hər bir hissəsi konkret sübutlarla dəstəklənir.

Security and privacy certification logos for vivo OriginOS 7
vivo OriginOS 7 with Security shield

Təhlükəsizlik qalxanı

Riskləri aşkarlayır, təhdidləri dayandırır

Tətbiqlərin quraşdırılmasından şəbəkə bağlantılarına qədər Təhlükəsizlik qalxanı potensial riskləri daim aşkarlayır və şübhəli təhdidlərin qarşısını alır. Telefonunuzdan rahatlıqla istifadə etməyiniz üçün sistemi təhlükəsizliyin keşiyində saxlayın.

vivo OriginOS 7 with Permission suggestions

İcazə təklifləri

İcazələriniz, nəzarət sizdədir

Sistem tətbiqlərin icazələrdən necə istifadə etdiyini daim izləyir və qeyri-adi dərəcədə tez-tez giriş aşkar etdikdə dəyişikliklər etməyi təklif edir. Təklif olunan düzəlişi bir toxunuşla tətbiq edərək məxfilik idarəetməsini asanlaşdırın.

Etibar və sertifikatlar

Sınaqdan keçmiş etibar

Biz inanırıq ki, əsl təhlükəsizlik sadəcə texnologiya deyil — istifadəçilərin hiss edə biləcəyi bir vəddir.

Ətraflı məlumat
vivo OriginOS 7 with security certification

Biz İstifadəçi Etibarı və Məxfilik üzrə Şəffaflıq Hesabatını dərc edərək məlumatlarınızın necə qorunduğunu, seçimlərinizə necə hörmət edildiyini və AI-ni daha etibarlı etmək üçün nələr etdiyimizi açıq şəkildə izah edirik. Məhsullarımız və məxfilik təcrübələrimiz həmçinin bir sıra nüfuzlu təhlükəsizlik təşkilatları tərəfindən sertifikatlaşdırılıb və qiymətləndirilib. Beləliklə, göstərilən etimadın hər bir hissəsi konkret sübutlarla dəstəklənir.

vivo OriginOS 7 with Security shield

Təhlükəsizlik qalxanı

Riskləri aşkarlayır, təhdidləri dayandırır

Tətbiqlərin quraşdırılmasından şəbəkə bağlantılarına qədər Təhlükəsizlik qalxanı potensial riskləri daim aşkarlayır və şübhəli təhdidlərin qarşısını alır. Telefonunuzdan rahatlıqla istifadə etməyiniz üçün sistemi təhlükəsizliyin keşiyində saxlayın.

vivo OriginOS 7 with Permission suggestions

İcazə təklifləri

İcazələriniz, nəzarət sizdədir

Sistem tətbiqlərin icazələrdən necə istifadə etdiyini daim izləyir və qeyri-adi dərəcədə tez-tez giriş aşkar etdikdə dəyişikliklər etməyi təklif edir. Təklif olunan düzəlişi bir toxunuşla tətbiq edərək məxfilik idarəetməsini asanlaşdırın.

Daha uzun istifadə üçün dözümlülük

Batareyanın təxmini istismar müddəti

Batareyanın işləmə müddəti bir baxışda

Sistem batareyanın nə qədər müddət kifayət edəcəyini göstərir ki, onu nə vaxt doldurmalı olduğunuzu hər zaman biləsiniz. Doldurma zamanı batareyanın tam dolmasına nə qədər vaxt qaldığını dəqiq görə bilərsiniz.*

vivo OriginOS 7 with Battery life estimate

BlueVolt Ağıllı Mexanizm

Sizi daha yaxşı anlayır, batareyaya daha az yük salır

Microsoft ilə birgə hazırlanmış bu funksiya görüş ssenariləri üçün nəzərdə tutulub. O, yüksək əksetmə qabiliyyətli Teams videozəngləri zamanı aparat səviyyəsində kodlaşdırma/kodu açma və cihazlararası ssenari tanıma texnologiyalarından istifadə edərək enerji sərfiyyatını 25%-ə qədər azaldır. Bu arada, süni intellekt istifadə vərdişlərinizi öyrənməyə davam edərək enerjiyə qənaət üçün fərdiləşdirilmiş strategiya formalaşdırır və eyni ssenarilərdə batareyanın işləmə müddətini 4%-ə qədər artırır.*

25%
Yüksək əksetmə qabiliyyətli Teams videozəngləri zamanı enerji sərfiyyatı 25%-dək azalır.
4%
Eyni ssenarilərdə batareyanın işləmə müddəti 4%-dək artır.
vivo OriginOS 7 with BlueVolt smart engine

Uzadılmış qoşulu gözləmə rejimi

Həmişə bağlantıda, daha uzun işləmə müddəti

Telefonunuz gözləmə rejimində olduqda və şəbəkəyə qoşulduqda sistem avtomatik olaraq daha enerjiyə qənaətli rejimə keçir. Beləliklə, lazımsız enerji sərfiyyatı azalır və telefonunuzun iki şarj arasındakı işləmə müddəti uzanır.*

26%
Qoşulu gözləmə müddəti 26%-dək artır
vivo OriginOS 7 with extended connected standby

Heterogen hesablama

Hər tapşırıq üçün uyğun nüvələr

Mürəkkəb renderinq tapşırıqları ağıllı şəkildə ən uyğun hesablama vahidlərinə paylanır. Bu, GPU-nun yükünü azaldaraq daha az enerji sərfiyyatı ilə səmərəli işləməni təmin edir.*

20%
Qrafik renderinq zamanı enerji sərfiyyatı 20%-dək azalır.
vivo OriginOS 7 with Heterogeneous Computing

Dolayı şarj 3.0

Narahat olmadan şarj edin, rahatlıqla oynayın

Daha çox ssenarini dəstəkləyən bu funksiya şarj zamanı telefondan daha rəvan istifadə etməyə imkan verir. Eyni zamanda, sistem batareyanın sağlamlığını qorumaq üçün doldurma gücünü dinamik şəkildə tənzimləyir. Batareyanın temperaturu yüksəldikdə isə zəif cərəyanla şarj rejiminə keçir. Bu, istilik yaranmasını effektiv şəkildə azaldır və batareyanın istifadə müddətini 3%-dək uzadır.*

vivo OriginOS 7 with Bypass Charging 3.0

Oyunun dərinliklərinə dalın

Ultra Oyun Rejimi

Bütün oyun parametrləri bir yerdə

Performans, idarəetmə, səs, şəbəkə və s. — bütün oyun parametrləri Ultra Oyun Rejimində bir araya gətirilib. Ən çox istifadə etdiyiniz seçimləri artıq axtarmağa ehtiyac yoxdur: oyundan əvvəl parametrləri tənzimləyin və oyuna daha tez başlayın.*

vivo OriginOS 7 with Ultra Game Mode

Parıltıdan qorunma

Daha az parıltı, daha çox rahatlıq

Oyun zamanı səhnə qəfil parıldadıqda və ya rənglər həddindən artıq doymuş göründükdə sistem həmin sahələri ağıllı şəkildə tənzimləyir. Detalları qoruyaraq sərt işıq effektini yumşaldır. Hətta gərgin komanda döyüşləri zamanı belə görüntülər gözlər üçün rahat qalır.*

29%

Vizual rahatlıq 29% artır

vivo OriginOS 7 with glare protection

4D Oyun Vibrasiyası

Hər hərəkətə uyğun cavab, daha dərin immersiya

Sistem oyundakı müxtəlif hərəkətləri tanıyır və onları daha zəngin vibrasiya rəyi ilə uyğunlaşdırır. Hər hərəkət daha uyğun toxunma reaksiyası ilə müşayiət olunur və oyun təcrübəsini ekrandan barmaqlarınızın ucuna qədər genişləndirir.*

vivo OriginOS 7 with 4D game vibration

Hiss edə biləcəyiniz rahatlıq

Gecə vaxtı gözlərin qorunması 4.0

Hətta gecə də gözləriniz üçün daha rahat

Ultra aşağı işıqlı mühitlərdə sistem ekrandakı məzmunu real vaxt rejimində təhlil edir və vizual effekti buna uyğun tənzimləyir. Açıq rənglər daha yumşaq, tünd rənglər isə daha aydın görünür. Bununla da daha təbii və rahat baxış təcrübəsi təmin edilir.*

vivo OriginOS 7 with Nighttime Eye Protection 4.0

Audionun yönləndirilməsi

İki səs axını, sıfır müdaxilə

Telefon Bluetooth cihazına qoşulduqda telefonun dinamikindən və Bluetooth cihazından eyni vaxtda fərqli səslər səsləndirilə bilər. Beləliklə, hər kəs bir-birinə mane olmadan öz səsini eşidir.

vivo OriginOS 7 with audio redirect

Sistem haptikası

Real hiss edilən vibrasiya

Artıq daha çox sistem interaksiyası nəzəri cəlb edən rəyi dəstəkləyir və hər bir əməliyyat üçün tezlik və intensivlik yenidən tənzimlənib. Hər toxunuş, sürüşdürmə və keçid real hiss yaradan və əməliyyatlarla mükəmməl sinxronlaşan uyğun toxunma reaksiyası ilə müşayiət olunur.*

29% Vizual rahatlıq 29% artır

İmtina

*Bu səhifədəki məlumat (sistem UI, arxa fon fotoları, məhsul funksiyaları, telefonun konturları və şəkilləri daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) yalnız istinad üçün nəzərdə tutulmuşdur. Funksiyanın əlçatanlığı sistem versiyasına və cihazın modelinə görə dəyişə bilər.

*Rəvan hərəkət: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki performans cihaz modelindən, sistem versiyasından və istifadə ssenarisindən asılı olaraq dəyişə bilər.

*Qüsursuz interaksiya: Bu funksiya hazırda vivo-nun özünün hazırladığı sistem tətbiqlərində və müəyyən üçüncü tərəf tətbiqlərində əlçatandır. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Origin iş mühiti: Bu funksiya hazırda yalnız 12 GB və ya daha çox RAM-a malik müəyyən modellərdə əlçatandır. Çoxsaylı tapşırıq idarəetməsi, tətbiqlər arasında sürükləyib buraxma və digər bu kimi funksiyalar tətbiq uyğunluğundan asılıdır. Tətbiqlər arasında sürükləyib buraxma funksiyasının əlçatanlığı cihaz və regiona görə dəyişir. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Snap-Up mühərriki: Bu funksiya hazırda yalnız seçilmiş modellərdə və müəyyən üçüncü tərəf tətbiqlərində əlçatandır. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*6 illik davamlı rəvanlıq: Hazırda yalnız seçilmiş modellərə şamil edilir; məlumatlar vivo laboratoriyalarından əldə olunub. Faktiki performans ətraf mühit, istifadə vərdişləri və digər amillərdən asılı olaraq dəyişə bilər. "6 illik davamlı rəvanlıq" heç bir gecikmə olmadan mütləq hamar işləməyi nəzərdə tutmur; cihazın köhnəlməsi, şəbəkə şərtləri və fərdi istifadə vərdişləri kimi amillərə görə istifadəçi təcrübəsi fərqli ola bilər. Zəhmət olmasa, faktiki istifadə təcrübəsini əsas götürün.

*Yaddaş sintezi, Ultranüvəli hesablama və İkiqat renderləmə: Məlumatlar vivo laboratoriyasının sınaqlarından əldə olunub. Faktiki performans ətraf mühitdən, istifadə vərdişlərindən və digər amillərdən asılı olaraq dəyişə bilər.

*Danışan şəxslərə görə transkripsiya, Vurğulamalar görünüşü, AI təhlilləri və Çoxşablonlu xülasə: Bu funksiya yalnız seçilmiş cihazlarda, müəyyən ölkə və ya regionlarda və seçilmiş dillərdə əlçatandır. AI tərəfindən yaradılan məzmun yalnız məlumat məqsədi daşıyır. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Dinamik parıltı: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*İmmersiv əsas səhifə: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Dinamik yarımşəffaf material: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki displey performansı arxa fon məzmunundan, seçilmiş materialdan və digər amillərdən asılı olaraq dəyişə bilər. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Tərpənən mövzu və Parıldayan mövzu: Hazırda bu funksiyalar yalnız seçilmiş modellərdə mövcuddur. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*StickIt: Bu funksiya yalnız seçilmiş cihazlarda mövcuddur. Dinamik stikerlərin və AI funksiyalarının əlçatanlığı ölkə və ya regiona görə dəyişə bilər. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*AOD-də canlı yeniləmələr: Bu funksiya hazırda yalnız seçilmiş modellərdə və müəyyən üçüncü tərəf tətbiqlərində əlçatandır. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Sevimli dostlar mövzusu: Şüşə saat və dərinlik effekti seçilmiş modellərdə əlçatandır. Funksiyalar və dinamik effektlər cihaz modelindən asılı olaraq dəyişə bilər. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Ekosistemlərarası bağlantı imkanı: Bu funksiya yalnız seçilmiş cihazlarda və müəyyən ölkə və ya regionlarda əlçatandır. Bu funksiyaların əlçatanlığı cihaz modelindən, sistem versiyasından və üçüncü tərəf xidmətlərindən asılı olaraq dəyişə bilər. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*AirPods Bağlantı imkanı: Bu funksiya yalnız seçilmiş cihazlarda və müəyyən ölkə və ya regionlarda əlçatandır. Faktiki təcrübə üstünlük təşkil edəcək.

MacBook, AirPods, Apple Watch və iCloud ABŞ-da və digər ölkə və regionlarda qeydiyyatdan keçmiş Apple Inc. şirkətinin ticarət nişanlarıdır.

*Silkələyin və paylaşın: Bu funksiya yalnız seçilmiş cihazlarda və müəyyən tətbiq ssenarilərində əlçatandır və Origin adasının dəstəyini tələb edir. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Batareyanın təxmini istismar müddəti: Batareyanın istismar müddəti və enerji sərfiyyatı cihazdan, tətbiqdən, istifadə ssenarisindən, şəbəkə şəraitindən və digər amillərdən asılı olaraq dəyişə bilər. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*BlueVolt Ağıllı Mexanizm, Uzadılmış qoşulu gözləmə rejimi və Heterogen hesablama: Bu funksiya hazırda seçilmiş modellərdə əlçatandır. Məlumatlar vivo laboratoriyasının sınaqlarından əldə olunub. Faktiki performans ətraf mühitdən, istifadə vərdişlərindən və digər amillərdən asılı olaraq dəyişə bilər.

*Dolayı şarj 3.0: Bu funksiya hazırda seçilmiş modellərdə əlçatandır. Məlumatlar vivo laboratoriyasının sınaqlarından əldə olunub. Faktiki performans ətraf mühitdən, istifadə vərdişlərindən və digər amillərdən asılı olaraq dəyişə bilər.

*Ultra Oyun Rejimi: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Parıltıdan qorunma: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Məlumatlar vivo laboratoriyasının sınaqlarından əldə olunub. Faktiki performans ətraf mühitdən, istifadə vərdişlərindən və digər amillərdən asılı olaraq dəyişə bilər.

*4D Oyun Vibrasiyası: Bu funksiya yalnız seçilmiş cihazlarda və müəyyən ölkə və ya regionlarda və seçilmiş oyunlarda əlçatandır. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Gecə vaxtı gözlərin qorunması 4.0: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki təcrübə üstünlük təşkil edəcək.

*Sistem haptikası: Hazırda bu funksiya seçilmiş modellərdə mövcuddur. Faktiki təcrübə üstünlük təşkil edəcək.